AZ

İran, Türkiyə və Rusiya XİN rəhbərləri bu gün Suriyanı müzakirə edəcəklər

Image

Bu gün üç ölkənin xarici işlər nazirləri Qətərin paytaxtı Dohada Suriyadakı son vəziyyəti müzakirə edəcəklər. “Tasnim” agentliyinin məlumatında deyilir ki, “Doha forumu”nda İranın XİN rəhbəri Abbas Əraqçi, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Rusiya XİN başçısı Sergey Lavrov iştirak edəcəklər.

İran XİN rəhbəri A.Əraqçi bundan əvvəl İraqda səfərdə olub. O, Bağdada səfəri zamanı İranın Suriyadakı Bəşər Əsəd rejimini bütün istiqamətdə müdafiə edəcəklərini bildirmişdi.

Mətləb






Seçilən
49
baki-xeber.com

1Mənbələr