ABŞ Apellyasiya Məhkəməsi “TikTok”u qadağan edə biləcək qanunu dəstəklədi
ABŞ-nin federal apellyasiya məhkəməsinin üç hakimdən ibarət heyəti yekdilliklə ABŞ-də “TikTok”u qadağan edə biləcək qanunu dəstəkləmək qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, aprel ayında Konqres tərəfindən qəbul edilən və Prezident Co Bayden tərəfindən imzalanan qanun “TikTok”un çinli sahibi “ByteDance”dən onu 19 yanvar 2025-ci ilə qədər Amerika sahibinə satmağı tələb edir, əks halda qadağa ilə üzləşəcək.
“Biz bu qərarın “TikTok” və onun istifadəçiləri üçün əhəmiyyətli təsirlərə malik olduğunu qəbul edirik”, - ABŞ-nin Kolumbiya Dairəsi üzrə Apellyasiya Məhkəməsi öz qərarında deyib.
Əgər platforma layihədə iştirakdan imtina etməsə, məhkəmənin fikrincə, o, ən azı bir müddət ABŞ-də əlçatmaz olacaq.
“Nəticədə, milyonlarla TikTok istifadəçisi alternativ ünsiyyət vasitələri tapmalı olacaq”, - qərarda bildirilib.
Buna baxmayaraq qərar “TikTok”a işi Ali Məhkəməyə qədər aparmaq imkanı da verir.