Suriya ordusu Rusiya Aerokosmik Qüvvələri ilə birlikdə bir həftə ərzində 2 min 500 yaraqlını məhv edib.
Publika.az xəbər verir ki, bu barədə Suriya Dövlət Yayım Agentliyi məlumat yayıb.
Bildirilib ki, Suriya ərazisində terror təşkilatı “Cəbhət ən-Nusra”nın minlərlə yaraqlısı məhv edilib.
Bundan əvvəl Suriya silahlı qüvvələrinin Rusiya Aerokosmik Qüvvələri ilə birlikdə Hüms və Həma əyalətlərində silahlıların mövqelərinə və təchizat marşrutlarına kütləvi hücumlar təşkil etdiyi qeyd edilib.