AZ

Hindistanlı nazirdən “BRİCS” ölkələrini təhdid edən Trampa REAKSİYA: “Başa düşmürəm..”

“”BRİCS” ölkələri assosiasiya daxilində maliyyə əməliyyatlarını müzakirə edir, lakin hazırda vahid valyuta yaratmaq təklifi yoxdur”.

 

Sfera.az bildirir ki, bunu XXII Doha Forumunda çıxışı zamanı Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar deyib.

 

O, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın son çıxışısına reaksiya verib. Cayşankar qeyd edib ki, Trampın vahid valyuta ilə bağlı sözlərinin səbəbləri ona tam aydın deyil. “Hindistan heç vaxt de-dollarizasiyanın tərəfdarı olmayıb. İndi “BRICS” valyutasının yaradılması təklifi yoxdur, buna görə də Trampın bəyanatının nəyə əsaslandığını başa düşmürəm”, deyə nazir bildirib. 

 

Cayşankar fikirlərini bu cür davam etdirib:  “ABŞ bizim ən böyük ticarət tərəfdaşımızdır və biz dolların zəifləməsində qətiyyən maraqlı deyilik”.

 

Xatırladaq ki, bundan əvvəl Donald Tramp “BRİCS” ölkələrinin yeni valyuta yaradacağı və ya dollardan imtina edəcəyi təqdirdə mallarına 100% ticarət tarifləri tətbiq edəcəyini bildirmişdi. Onun sözlərinə görə, beynəlxalq ticarət üçün dolları əvəz etməyə çalışan istənilən ölkə Amerika ilə vidalaşacaq.

 

Günay 
 

Seçilən
45
1
sfera.az

10Mənbələr