Suriyada müxalif qüvvələr İsrailin nəzarətində olan Qolan təpələri yaxınlığındakı Quneytra şəhərini nəzarətə götürdüklərini bəyan ediblər.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Öz növbəsində, İsrail mediası hökumət qüvvələrinin Quneytradan geri çəkildiyini bildirib.