“Biz o qədər “qızlar oxusun, oxusun” dedik ki, indi xəbəriniz var, ali məktəblərdə neçə faiz qızlar oxuyur? 20% oğlanlardısa, 80% qızlardır”.
Ölkə.Az xəbər verir ki, bunu kulturoloq Aydın Xan Əbilov MTV-də yayımlanan “7/24 xidmətinizdəyik” verilişində çıxış edərkən deyib. O, müasir dövrdə güclü kişi obrazlarının olmadığını deyib və fikrini belə əsaslandırıb:
“Oğlanlar da məktəbi bitirdikdən sonra gedib əsgərlik edirlər, itib batırlar. Sonra ya Rusiyaya gedirlər, ya Türkiyəyə, ya da ABŞ-yə. Bu ölkədən qaçırlar. Ona görə də indi siz güclü kişi axtarırsınız ki, qızlarımız güclü kişiyə ərə getsin. Bu, ailə modelinin böhranıdır. Savadlı kişilər axtarırsınız. Savadsız kişiləri istəmirsiniz ki, bazarda işləyir, tər iyi verir və s. Balans pozulub, başa düşürsünüzmü?!
Kişi kişi olmalıdır, qadın da qadın. Bu problemlər qonşu ölkələrdə də var.
Maşın sürənlər, küçədə tıxac yaradanlar, məktəbdə müəllimlər qadınlardır, tibbdə, mədəniyyətdə, televiziyada qadınlardır. Bizim oğlan uşaqlarımız hər yerə baxır xanım görür, güclü kişi haradan formalaşacaq? Kim formalaşdıracaq?”,- deyə o əlavə edib.
Billurə