Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tura yekun vurulub. SİA-nın məlumatına görə, sonuncu oyun Gəncədə keçirilib.
Şəhərin eyniadlı komandası “Milli Aviasiya Akademiyası”nı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2 (20:25, 21:25, 25:17, 25:18, 15:11)
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Azərreyl" "Murov Az Terminal"ı (3:2), "Abşeron" isə UNEC-i (3:0) məğlub edib.