Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, "Bir əsrə yaxındır ki, Fələstin xalqı sistemli oğurluğa, qeyri-insani ayrı-seçkiliyə və sonsuz işğala məruz qalıb. Son bir ildə bu işğal tarixin ən qaranlıq qırğınlardan birinə çevrilib".
Turkustan.az xəbər verir ki, prezident Ərdoğanın xanımı Əminə Ərdoğan Qətərin paytaxtı Dohada keçirilən “Doha Forumu 2024” çərçivəsində keçirilən “Fələstin üçün bir ürək: İşğal və soyqırımın qaranlığında ümidi qorumaq” sessiyasında iştirak edib və çıxış edib.
Birinci xanım Ərdoğan çıxışında bunları qeyd edib:
"Bu gün soyqırımından 428-ci gündür. Düz 14 aydır ki, biz mütəşəkkil qəddarlığın insanlığın ümumi vicdanına və insan olmaq ləyaqətinə qarşı ən qəddar hücumlarından birinin şahidi oluruq. Özünümüdafiə adı altında gənc-qoca, kişi-qadın, xristian-müsəlman ayırmadan bir ölkəni, onun millətini, mədəniyyətini tarixdən silməyə cəhdlər edirlər".
Aytən Yaşar/ Turkustan.az