“Heyət Təhrir əş-Şam” qüvvələri Suriyanın İsraillə sərhəddə yerləşən Kuneytra şəhərini ələ keçiriblər.
Axar.az xəbər verir ki, bu barədə İsrail Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, üsyançılar paytaxt Dəməşqin cənubundakı Dəra əyalətinin Əs-Sənameyn şəhərini də nəzarətə götürüblər.