AZ

Bu ölkə ukraynalı qaçqınlara verilən müavinətləri azaldacaq

Slovakiyada Ukraynadan olan qaçqınlar üçün müavinətlər azaldılacaq.

Demokrat.az
xəbər verir ki, bu barədə TASR agentliyi məlumat yayıb. 

Agentlik qeyd edir ki, respublika başçısı əcnəbilərin yaşayış yeri haqqında qanuna müvafiq dəyişiklikləri imzalayıb. 

O cümlədən, düzəlişlərdə bildirilir ki, ukraynalı qaçqınlar üçün müvafiq müavinətlər respublikada müvəqqəti sığınacaqla ilk təminat verildiyi tarixdən yalnız 60 günədək müddətə veriləcək.

Qanuna edilən bu düzəlişlər gələn il martın 1-dən qüvvəyə minəcək.

Əfsanə Kamal
Demokrat.az
Seçilən
29
demokrat.az

1Mənbələr