Suriya müxalifətinin silahlı qüvvələri Palmiraya daxil olaraq şəhərə nəzarəti ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Aljazeera məlumat yayıb.
"Yerli mənbələr rejim qüvvələrinin Əl-Suxna, Əl-Furqəllus və Palmira şəhərlərindən geri çəkildiyini bildiriblər", - telekanal bildirib.
"Aljazeera" həmsöhbətlərinin sözlərinə görə, Suriya prezidenti Bəşər Əsədin hərbi orduları Palmirada yerləşən hərbi aerodromu tərk edir.
Müəllif: Arzu