AZ

Məşhur TÜRK bloger OD PÜSKÜRDÜ: “KONTAKT HOME”…

Azərbaycanda yaşayan məşhur türk bloger Ogün Özdemir “Kontakt home”dan şikayətçidir.

Ajans.az-ın xəbərinə görə, influenser sözügedən mağazadan məhsul alıb və xəyal qırıqlığı yaşayıb.

Şikayətçi bildirib ki, “Kontakt home”dan  bir məhsul alıb və 24 saat keçmədən fərqinə varıb ki, aldığı məhsulun ciddi batareya problemi var:

“Məsələn, 2 saat işlətdim. Gördüm ki, batareyası 95 faizdən 10 faizə düşüb. Aidiyyatı qurumlara şikayət etmişəm. “Kontakt home”u məhkəməyə də verirəm. Təzminatımı alacam.

Mən, “Kontakt home”un öz ofisinə də şikayət etmək üçün getdim. Mənə dedilər ki, bəlkə zavoddan problemli gəlib. Siz, onu öz batareya aləti ilə şarj edin.

Mən bu məsələni ictimailəşdirəcəm. Bu məsələnin ardınca gedəcəm”.

Seçilən
53
2
editor.az

3Mənbələr