AZ

Rusiya ilə nüvə münaqişəsi...Ukrayna üçün çox yüksək qiymətdir..?

...SİA xarici qaynaqlara istinadən xəbər verir ki, 19FortyFive-a görə, ABŞ Ukrayna naminə Rusiya ilə nüvə münaqişəsi riskinə getməməlidir. Məqalədə vurğulanır ki, Ukrayna hadisələri ilə bağlı hətta məhdud nüvə münaqişəsini belə təhlükə altına almaq Vaşinqton üçün sərfəli deyil.

...Qeyd edək ki, prezident Cozef Bayden administrasiyasının Ukraynaya Rusiya qoşunlarına qarşı ATACMS raketlərindən istifadə etməsinə icazə verməsi ehtiyatsız addım kimi qiymətləndirilib.

... Materialda deyilir ki, Donald Tramp Amerika silahlarının istifadəsinə məhdudiyyətlər tətbiq etməyi düşünməli və münaqişənin sona çatmasına kömək etməlidir.

Noyabr ayında ABŞ Müdafiə Nazirliyinin Strateji Komandanlığının kontr-admiralı Tomas Byukenan qeyd edib ki, ölkə düşmənləri potensial olaraq çəkindirmək üçün arsenalın bir hissəsini saxlayaraq nüvə zərbələri mübadiləsinə hazırdır.

...Bundan əlavə, prezident Vladimir Putin nüvə doktrinasının yenilənməsi haqqında fərman imzalayıb və bu fərmanda nüvə silahının suverenliyi qorumaq üçün son vasitə olduğunu vurğulayır.

Nəşr bu halları nəzərə alaraq, Ukraynanın ABŞ üçün nüvə münaqişəsi risklərinə haqq qazandırmadığı qənaətinə gəlir. ...Yeri gəlmişkən, daha əvvəl ABŞ Senatı Rusiyadan gələn məhkəmə iddialarından müdafiə ilə bağlı qanun layihəsinə baxacağı bildirilmişdi.

Həmçinin, Avropa İttifaqı və ABŞ enerji təhlükəsizliyi riskinə görə “Qazpromban”-a qarşı sanksiyaları yumşalda bilər.

Əli Babayev

Seçilən
65
sia.az

1Mənbələr