Cənubi Koreyanın bədii gimnastika üzrə “Kim Joo Young” klubu təlim-məşq toplanışı üçün Bakıya gəlib.
Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Sözügedən klub Milli Gimnastika Arenasında hazırlığa başlayıb.
Klub üzvləri 19 dekabr tarixinədək burada məşqlər keçəcəklər.