Bakı. Trend:
Cənubi Koreyanın hakim Vətəndaş Gücü Partiyasının lideri HanDonq Hun bildirib ki, baş nazir Han Dok So ilə birlikdə prezidentYun Sok-Yölün "vaxtından əvvəl və nizamlı şəkildə vəzifədəngetməsi" ilə bağlı yaranan xaosu minimuma endirəcəklər.
Trend xəbər verirki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
"Səlahiyyətindən əvvəl və nizam-intizamla istefa verməklə həmxalqa, həm də ölkəyə təsir edə biləcək xaosu minimuma endirəcəyik,siyasi sabitliyi bərpa edəcək və demokratiyanı qoruyacağıq" - deyəHan Donq Hun qeyd edib.
O həmçinin bildirib ki, vətəndaşların fikrincə, prezident YunSok-Yöl səlahiyyətinin qalan müddətində ölkəni effektiv idarə edəbilməyəcək və istefa verməlidir.
Partiya rəhbəri əlavə edib ki, prezident dövlət məsələlərində,xüsusilə beynəlxalq münasibətlərdə iştirak etməyəcək.