Bakı. Trend:
ABŞ Prezidenti Cozef Bayden Suriyada baş verən hadisələridiqqətlə izləyir.
Trend-inməlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasınınmətbuat katibi Şon Savett özünün “X” hesabında bildirib.
“Prezident Bayden və komandası Suriyada baş verən fövqəladəhadisələri yaxından izləyir və regiondakı tərəfdaşları ilə daiməlaqə saxlayır”, – Savett qeyd edib.
Qeyd edək ki, Suriyada müxalifət qüvvələri Dəməşqi nəzarətəgötürüb, ölkənin Baş naziri hakimiyyəti sülh yolu ilə təhvilverməyə hazır olduğunu açıqlayıb.