AZ

Suriyalı üsyançı lider hökumət binalarına yaxınlaşmağı QADAĞAN ETDİ

Suriya üsyançılarının lideri Əhməd əl-Şaraa hakimiyyətin rəsmi təhvil verilməsinə qədər baş nazir Məhəmməd Qazi əl-Cəlalinin nəzarəti altında qalacaq dövlət idarələrinə hər kəsə yaxınlaşmağı qadağan edib.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Suriyalı zabit agentliyə bildirib ki, Suriya prezidenti Bəşər Əsəd dekabrın 8- də üsyançılar ölkənin paytaxtına daxil olduqdan sonra Dəməşqdən qaçıb. Suriya ordusunun komandanlığı zabitlərə Əsədin 24 illik hakimiyyətinin sona çatdığını bildirib. Agentliyin məlumatına görə, onun təyyarəsi naməlum istiqamətdə havaya qalxıb.

Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali evində qaldığını və hökumətin davamlılığını qorumağa hazır olduğunu bildirib. O, həmçinin xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bildirib.

Seçilən
22
50
publika.az

10Mənbələr