AZ

Dəməşqdə son durum: Müxaliflər hakimiyyəti təhvil götürürlər

Dəməşq küçələrində intensiv atışma səsləri eşidilir, silahlı müxalifət birləşmələri şəhərin mərkəzi küçələri ilə irəliləyirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a hadisə şahidləri məlumat verib.

“İndi küçələrdə ağır atışma səsləri eşidilir, müxalifət şəhərdədir. İrəliləyirlər, küçələrdə çox adam var, havaya atəş açılır, mülki şəxslər arasında itki yoxdur”, - deyə şahid söyləyib.

Xatırladaq ki, bundan əvvəl Suriyanın hazırkı hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali özünün "Facebook" səhifəsindərespublikada hakimiyyəti dinc yolla təhvil verməyə hazır olduğunu bildirib.


Müəllif: Ceyhun Alışlı
Seçilən
29
7
teleqraf.com

10Mənbələr