AZ

Bölgə klubu “dağılır”: o da gedir

“Şamaxı” daha bir futbolçu ilə yollarını ayıra bilər. İlkin Murarovun ardından Georgi Kantariya klubla vidalaşmaq üzrədi. Gürcüstanlı futbolçu özü “Şamaxı”nı tərk etmək niyyətindədi.

Buna səbəb komanda daxilində yaranan ab-havadı. Klubda nə baş verdiyini tam anlamasaq da, böyük ehrimalla “Şamaxı” maliyyə problemi yaşayır.

Maaşların vaxtında verilməməsi, mükafatların ödənilməməsi oyunçuları ciddi narahat edir.

Bu səbəbdən də Georgi Kantariya bölgə təmsilçisindən ayrılmağı düşünür. Yaxın günlərdə onun ayrılığı rəsmən açıqlana bilər.

Xatırladaq ki, bu yaxınlarda İlkin Muradov komandadan göndərilmişdi.

İdmanxeber.az

 

Seçilən
17
1
idmanxeber.az

2Mənbələr