AZ

Prezident istefaya getsə, xaos minimuma enəcək - Hun

Prezidentin vaxtından əvvəl vəzifədən getməsi ilə xalqa və ölkəyə təsir edə biləcək xaosu minimuma endirəcək, siyasi vəziyyəti sabitləşdirəcək.

Axar.az xəbər verir ki, bu sözləri Cənubi Koreyanın hakim Vətəndaş Gücü Partiyasının rəhbəri Han Donq Hun deyib.

"Vətəndaşların fikrincə, Prezident Yun Sok Yol səlahiyyət müddətinin qalan hissəsində ölkəni lazımi qaydada idarə edə bilməyəcək və istefa verməlidir", - Hun vurğulayıb.

Bundan əlavə, o bildirib ki, prezident dövlət işlərində, o cümlədən beynəlxalq münasibətlərdə iştirak etməyəcək.

Qeyd edək ki, Yun Sok Yol bir neçə gün öncə Şimali Koreyanın təhlükəsizliyə təhdid yaratdığını əsas gətirərək hərbi vəziyyət elan etmiş, ancaq bir neçə saat sonra xalqın tələbi ilə hərbi vəziyyət rejimini ləğv etmişdi.

Seçilən
42
axar.az

1Mənbələr