AZ

İsrail qoşunları Suriyanın qərbinə daxil olub

İsrail qoşunları Suriyanın qərbinə daxil olub. 

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə yaxın olan “Rıbar” hərbi bloqu məlumat yayıb.

Qeyd olunur ki, hələ Dəməşq süqut etməmişdən əvvəl İsrail hərəkətə keçib.

İsrail ordusu axşam saatlarında Quneytra əyalətində sərhəd boyu mövqelərə bir neçə zərbə endirib, daha sonra piyada və zirehli texnikadan istifadə etməklə məhdud quru əməliyyatına başlayıb.

İsraillilər Colan təpələrinin şərqindəki silahsızlaşdırılmış zonaya nəzarət etməyə başlayıblar. Eyni zamanda, təcrid olunan iranyönlü bölmələrin qaldığı bəzi mövqeləri atəşə tutmaqda davam edir.

Hələ 2017-ci ildə israillilər Rusiyadan Colan təpələri ilə Suriya Ərəb Ordusunun mövqeləri arasında bufer zona yaratmağı tələb etmişdilər. Sonra bufer zonasının təxminən 15 km ola biləcəyi göstərildi. Nəticədə Suriyanın cənubu azad edildi və danışıqlar öz-özünə dayandı.

Colan təpələrinin artıq İsrailin altında olduğunu nəzərə alsaq, heç bir strateji əhəmiyyətli sərhədlərdən söhbət gedə bilməz. Lakin davam edən döyüşlər kontekstində İsrail Müdafiə Qüvvələri nəinki demilitarizasiya zonasını tuta bilər, həm də daha da şərqə doğru irəliləyə bilər.

Ancaq indi Suriyada hakimiyyətə mötədil qruplar deyil, beynəlxalq aləmdə  terrorçu kimi tanınan “Heyət Təhrir əl-Şam” gəlib. Onların hakimiyyətə gəlişi ilə bağlı narahatlıqlar artıq İsrail mediasında dilə gətirilib.

Seçilən
42
azpost.info

1Mənbələr