Yazını böyüt
Yazını kiçilt
Misirin paytaxtı Qahirə şəhərində 31-ci Beynəlxalq “Qurani-Kərim” qiraəti müsabiqəsi başlanıb.
Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi ilə təşkil edilən bu nüfuzlu müsabiqə dekabrın 10-dək davam edəcək. Yarışda 60 ölkədən 141 “Qurani-Kərim” qiraətçisinin iştirakı gözlənilir.
İfratçılığın qarşısının alınmasına və müqəddəs kitabın düzgün anlaşılmasına töhfə vermək məqsədilə “Quran”ın hifzi, təfsiri və səhih qiraət qaydaları üzrə yarışma da müsabiqənin bölmələrinə daxil edilib. Müsabiqənin ümumi mükafat fondu 11 milyon Misir funtudur ki, bu da beynəlxalq “Quran” müsabiqələri tarixində ən böyük məbləğdir. Müsabiqə çərçivəsində kitab sərgisi də təşkil edilib.