AZ

“Əsəd qaçdı…Vladimir, dünya səni gözləyir!” –Tramp açıqlama yaydı

“Əsəd getdi. Ölkəsindən qaçdı. Onun himayədarı olan Rusiya, Rusiya, Vladimir Putin başda olmaqla Rusiya artıq onu qorumaqda maraqlı deyildi”.

Azpostinfo bildirir ki, bu sözləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp paylaşımında yazıb.

Tramp qeyd edib ki, Rusiyanın əvvəldən Suriyada qalması üçün heç bir səbəbi yox idi. “Onlar Ukraynaya görə Suriyaya bütün maraqlarını itirdilər. Ukrayna savaşında isə 600.000 rus əsgəri  yaralanıb və həlak olub. Bu müharibə başlamamalı idi”-deyə Tramp qeyd edib.

Onun fikrincə, Rusiya və İran indi zəifləyib: “Biri Ukrayna və kasıbiqtisadiyyatına görə, digəri İsrail və onun döyüş meydanındakı uğurlarına görə. Eynilə, Zelenski və Ukrayna da sövdələşmək və bu çılğınlığı dayandırmaq istəyirlər. Onlar 400.000 əsgər və bundan qat-qat çox mülki vətəndaş itirdilər. Dərhal atəşi dayandırmaq və danışıqlara başlamaq lazımdır”.

“Həddindən artıq həyat itir,  çoxlu ailələr məhv edilir. Bu belə davam edərsə, nəticələr daha ciddi və dəhşətli ola bilər. Mən Vladimiri yaxşı tanıyıram. İndi onun hərəkət etmək vaxtıdır. Çin kömək edə bilər. Dünya gözləyir!”-deyə Tramp vurğulayıb.

Azpost.info

 

Seçilən
51
azpost.info

1Mənbələr