AZ

Tramp: Ukrayna razılaşmaq istəyir, dərhal dayandırın!

Ukraynada hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıram.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkəsində bildirib.

O, Ukrayna münaqişəni dayandırmaq üçün Rusiya ilə razılaşmaq istədiyini diqqətə çatdırıb:

“Ukrayna 400 min əsgərini və daha çox mülki vətəndaşını (ölkəni tərk edən milyonlarla qaçqını nəzərdə tutur – red.) itirib. Dərhal atəşkəs və danışıqlar olmalıdır. Davam edən müharibə daha böyük və pis münaqişəyə çevrilə bilər. Mən Vladimiri yaxşı tanıyıram, indi onun Çinə kömək etmək vaxtıdır”.

Seçilən
44
1
bakivaxti.az

2Mənbələr