AZ

İraq Suriyadakı səfirliyini boşaltdı, sərhədi bağladı

İraq Suriyadakı səfirliyini boşaldıb.

Publika.az xəbər verir ki, bu barədə İNA agentliyi məlumat yayıb.

Qərar prezident Bəşər Əsəd hökumətinə qarşı döyüşən suriyalı üsyançıların ölkənin paytaxtına nəzarəti ələ keçirdiklərini açıqlamasından sonra verilib.

Agentliyin məlumatına görə, İraq Suriya ilə sərhədi də bağlayıb. İraqın sərhədlərinin təhlükəsiz olduğu və vəziyyətin nəzarət altında olduğu vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl suriyalı hərbçilərin Əl-Qaim sərhəd-keçid məntəqəsindən İraqa kütləvi şəkildə getməsinin videosu yayılıb.

Seçilən
39
publika.az

1Mənbələr