AZ

Lepsin qadın fanatı konsertdə dava saldı

Rusiyanın Xalq artisti Qriqori Lepsin Rusiyanın şimal paytaxtı sayılan Sankt- Peterqbuqdakı konsertində gərgin dolu anlar yaşanıb. 

OLAY yazır ki, buna səbəb estrada ulduzunun içkili halda olan pərəstişkarının özünü ədəbsiz aparması olub. 

“Oktyabrski” konsert zalının eyvanında oturan fanat alkoqolun təsirindən Lepsin mahnılarını zalda ondan daha yüksək səslə oxuyub. 

Yaxınlıqda əyləşən tamaşaçılar buna uzun müddət dözməyib tez bir zamanda mühafizə xidmətinə zəng edərək məsələni həll etməyə çalışıblar. 

Qadını sakitləşdirmək üçün təhlükəsizlik işçiləri gəlib. 

Qadın bildirib ki, o, biletin pulunu ödəyib, yəni istədiyi kimi zalda oxuya bilər. O təhlükəsizlik işçiləri ilə təhqir formasında sözlər işlədib. Nəticədə ifaçının pərəstişkarı zaldan çıxarılıb. 

Seçilən
23
3
olay.az

4Mənbələr