2024-cü il MLS Kubokunun “Los Anceles Qalaksi” və “Nyu York Red Bullz” komandaları arasında keçirilmiş final oyunu başa çatıb.
Arena.az məlumat verir ki, Karsonun “Diqiniti Hels Sports Park” stadionunda keçirilmiş oyun Los Anceles təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun 9-cu dəqiqəsində qanalı hücumçu Cozef Peyntsil “Los Anceles Qalaksi”ni hesabda önə keçirib. Bu qolun təşkilndə uruqvaylı yarımmüdafiəçi Qaston Bruqman məhsuldar ötürmə ilə fərqlənib. 4 dəqiqə sonra, 13-cü dəqiqədə serb hücumçu Deyan Yoveliç Los-anceleslilərin üstünlüyünü artırıb – 2:0, bu məqamda amerikan yarımmüdafiəçi Marko Delqado məhsuldar ötürmə ilə fərqlənib. Nyu-York “buğalar”ının gücü 28-ci dəqiqədə amerikan müdafiəçi Şon Nilisin təsəlli qoluna çatıb – 2:1.
Beləliklə, Los Anceles klubu yarışın rekorduna imza ataraq 6-cı dəfə MLS Kubokunu qazanıb.
Əlavə edək ki, bu, “Los Anceles Qalaksi”nin 10 illik fasiədən sonra müvafiq yarışda ilk qələbəsidir. Sözügedən klub daha öncə 2002, 2005, 2011, 2012 və 2014-cü illərdə də MLS kubokunu qazanmışdı.