İranın Dəməşqdəki səfirliyinə silahlı şəxslər hücum edib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, Suriyada müxalif qüvvələr paytaxt Dəməşqi ələ keçirdikdən sonra İran səfirliyinin binasından asılmış SEPAH-ın Qüds qanadının keçmiş komandanı, general Qasım Süleymani və "Hizbullah"ın öldürülən lideri Həsən Nəsrullahın şəkilləri olan plakat parçalanıb.
Bildirilir ki, səfirliyin bütün əməkdaşları və SEPAH-a bağlı silahlılar Dəməşqi dərhal tərk ediblər.