AZ

"QƏRB GÜRCÜSTANA QOYDUĞU İNVESTİSİYADAN ƏL ÇƏKƏSİ DEYİL" - HÜQUQ MÜDAFİƏÇİSİ

Gürcüstanda inqilabın əksəriyyət əlamətləri var. Çatışmayan kritik kütlənin olmamasıdır. TEZADLAR.AZ xəbər verir ki, bunu Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov sosial media hesabında bildirib.

"Gürcüstanlı dostum deyir ki, təxminən hər 3 Gürcüstanlıdan biri kənardadı. Əksəriyyəti də Avropada. 90 günlük vizasız müvəqqəti olma hüququndan istifadə edərək işləyirlər (Sonra Şengen zonasını tərk edib, yenə qayıdır və beləkilə daha 90 gün müvəqqəti ola bilirlər. Hər aya bir neçə min avro qazana bilirlər). Lazımı sayda narazı qüvvə olmadığı üçün inqilab, daha doğrusu hakimiyyin devrilməsi baş vermir. Əlamətlər:

-Xüsusi mərkəzlər tərəfindən hazırlanmış qeyri-zorakı müqavimət (Nonviolent resistance) texnologiyası həyata keçirlir və idarə olunur;

-Hakimiyyətin içərisində zəif bəndlər hazırlanıb və onlar (prezident, səfirlər, hətta güc nazirliklərinin yüksək vəzifəli məmurları) müqavimətçilərə qoşulub və ya vəzifələrindən istefa veriblər;

-Müqavimətə tələbələr qismən də olsa cəlb edilib;

-Bəzi yerli media və sosial şəbəkələr müqaviməti dəstəkləyir;

-Müqavimət bəzi hallarda lokal zorakılıqlara çevrilir;

İnqilabın baş tutmasına mane olan hallar:

-Kritik kütlə yetişməyib və ya ölkədən kənardadı;

-Biznes müqavimətə demək olar qoşulmayıb;

-Asayişi təmin edən qüvvələrin rəhbərləri və əsas heyət müqavimət tərəfinə keçməyib və ya istefa verməyib (bir neçə orta məmur istisna olmaqla);

-Yaşlı nəsil müqavimətə fəal şəkildə qoşulmayıb və s.

-Belə müqavimət hərəkatları zamanı "dadlı qurban" ("tasty victim") da vacib olur. Şükür ki, hələlik belə qurban da yoxdur", -deyə açıqlayıb.

Onun sözlərinə görə bir maneə də var:

"Onun haqqında yazmıram. Biz Gürcüstanda sabit, ölkəmiz üçün münasib olan hakimiyyətin olmasında maraqlıyıq. Amma Gürcüstanı ciddi sınaqlar gözləyir. Qərb 20 il ərzində Gürcüstana qoyduğu investisiyadan (bütün mənalarda) elə-belə əl çəkəsi deyil", - o vurğulayıb.

JASMİN

Seçilən
36
tezadlar.az

1Mənbələr