AZ

Vensan Kompani “Haydenhaym” üzərində qələbəni şərh etdi

“Bayern”in baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasının 13-cü turunda “Haydenhaym” üzərində ev qələbəsini (4:2) şərh edib.

Arena.az “Bayern”in mətbuat xidmətinə istinadən, belçikalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz çətin bir həftə keçirdik. Çərşənbə axşamı “Bayer”lə oyunda 70 dəqiqə ərzində azlıqda oynadıq.

Birinci hissə çox yaxşı keçdi, əks-hücumlarımız çox uğurlu alındı. İkinci hissədə isə nisbətən sakitləşdik. Çoxlu fürsətlər yaratdıq, amma “Haydenhaym” oyunda qaldı. Digər nəticələri nəzərə alsaq, bizim üçün çox yaxşı oyun oldu”, deyə Vensan Kompani vurğulayıb.

13 turdan sonra 33 xal toplamış “Bayern” Almaniya Bundesliqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Haydenhaym” isə 10 xalla 16-cı pillədə, autsayderlər bölgəsində yer alıb.

Seçilən
26
arena.az

1Mənbələr