Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlıya elan olunan ittiham məlum olub.
Avtosfer.az xəbər verir ki, vəkil Aqil Layıcın sözlərinə görə, A.Qasımlı hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilir.
***
Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Samirə Qasımlı məlumat yayıb. O bildirib ki, A.Qasımlı oğlunu futboldan götürməyə gedərkən saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən xəbər təsdiqlənib və bildirilib ki, o, yenidən araşdırmaya çağırılıb.