Suriyanın ədliyyə naziri Əhməd Səid hesab edir ki, respublikada hakimiyyətin ötürülməsi problemsiz gedəcək.
APA xəbər verir ki, bu barədə Əl-Ərəbiyyə televiziyası məlumat yayıb.
Nazir televiziyaya verdiyi şərhdə "Siyasi keçid prosesi rəvan gedəcək" deyib. Onun fikrincə, ölkədə vətəndaş müharibəsi olmayacaq.
Nazir onu da deyib ki, o və Nazirlər Kabinetindəki həmkarları respublikada hadisələrin bu qədər sürətlə inkişaf edəcəyini gözləmirdilər. Bəşər Əsədin gələcək taleyindən danışan Səid vurğulayıb: “Heç kim Əsədin hara getdiyini və ona nə olduğunu bilmir”.