İsrail Müdafiə Qüvvələri (IDF) Suriyanın cənub-qərbində yerləşən Hermon dağına nəzarəti ələ keçirib.
Bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb .
“İsrail Suriya ordusunun geri çəkilməsindən sonra Hermon dağına nəzarəti ələ keçirdi”, - telekanalın açıqlamasında deyilir.
Bu coğrafi obyekt Suriya tərəfində əhəmiyyətli istehkamlara malikdir və zaman-zaman İsraillə döyüşlərin obyekti olub. Xüsusilə, bu ərazi uğrunda böyük döyüş 1973-cü ildə Yom Kippur müharibəsi zamanı baş verib.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bəyan etmişdi ki, Suriya prezidenti Bəşər Əsədin devrilməsi İsrail ordusunun İrana və Livanın Hizbullah hərəkatına zərbələri nəticəsində mümkün olub.