Suriyanın Müxalifət və İnqilabçı Qüvvələrin Milli Koalisiyası (MİQMK) silahlı müxalifət qruplarının nümayəndələrinə müraciət edərək ölkədəki dövlət əmlakının qayğısına qalmağa çağırıb.
Publika.az xəbər verir ki, bu barədə MİQMK-nın müvafiq bəyanatında deyilir.
“Biz Suriyanın bütün əyalətlərindəki xalqımızı müxtəlif dövlət əmlakına diqqət yetirməyə çağırırıq. Onların hamısı Bəşər Əsəd rejiminə deyil, xalqa məxsusdur ”, - bəyanatda bildirilib.
Xatırladaq ki, dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. Suriya ordusu komandanlığı Əsədin hakimiyyətinin bitdiyini elan edib .