AZ

Azərbaycan güləşçiləri Qazaxıstanda 2 qızıl medal qazanıblar

Azərbaycanın sərbəst güləşçiləri Qazaxıstanın Karaqanda şəhərində Sovet İttifaqı qəhrəmanı Nurken Abdirovun xatirəsinə həsr olunmuş turnirdə 2 qızıl medal qazanıblar.

QAZÍLER.AZ “Report”-a istinaden xəbər verir ki, Nürəddin Novruzov (61 kq) və Abdulrəhman İbrahimov (65 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, yarışda ölkəmizlə yanaşı Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan 500-dən artıq idmançı mübarizə aparıb

Seçilən
23
19
qaziler.az

10Mənbələr