AZ

Azər Qasımlının işi: Deputatlığa keçmiş namizədlə 41 min dollarlıq mübahisə - ÖZƏL

Bu gün Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Azər Qasımlının saxlanılmasına səbəb barəsində polisə edilən müraciətdir.

Azər Qasımlıya Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham elan olunub.

Vəkil Aqil Layıc öz Facebook səhifəsində Azər Qasımlının saxlanılması barədə yazıb:

"Azər Qasımlı alacağına görə iddia qaldırıb və xeyrinə məhkəmə qətnaməsi çıxmışdır ki, pul Azər Qasımlıya ödənilsin. İndi bu qətnamədə qeyd olunan cavabdeh iddia edir ki, Azər Qasımlı ona hədə gəlməklə, zor tətbiq etməklə pul tələb edib".

Görünüdüyü kimi, vəkil Azər Qasımlının Yusibov Qurbanəli Vidadi oğlu adlı vətəndaşın şikayəti əsasında saxlanıldığına işarə edir.

Bəs, həmin vətəndaş kimdir?

AzNews.az-ın açıq mənbələrdən əldə etdiyi məlumata görə, Qurbanəli Vidadi oğlu Yusibov 1987-ci ildə Mingəçevir şəhərində anadan olub.

O, 2004- cü ildə Mingəçevir şəhər 13 saylı orta məktəbi bitirib. 2004- 2008- ci illərdə Sumqayıt Dövlət Universitetində tarix fakültəsinin bakalavr, 2009- 2012- ci illərdə magistr pilləsində təhsil alıb.

2009-cu ildən onlayn media, xüsusilə sosial media sahəsində fəaliyyət göstərib.

2009-2012-ci illərdə Mingəçevir Turizm Kollecində tarix, politologiya, sosiologiya və fəlsəfə fənnlərindən dərs deyib.

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

2016-cı ildən "Blockchain" texnologiyası və onlayn yatırımlar, xüsusilə kriptovalyutalar haqda araşdırmalar aparır, seminarlar keçir və konsultasiyalar verir.

Seçilən
41
6
aznews.az

7Mənbələr