...Vaşinqton administrasiyasında Suriya prezidenti vəzifəsindən istefa vermiş Bəşər Əsədin harada olduğu barədə məlumat yoxdur.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CBS telekanalı bildirib.
...Ağ Ev CBS telekanalına bildirib ki, Əsədin harada olması barədə heç bir məlumatı yoxdur, - telekanal qeyd edir.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Şon Savett bildirib ki, ABŞ prezidenti Cozef Bayden Suriyadakı vəziyyətin inkişafını diqqətlə izləyir.
Ağ Ev, Dövlət Departamenti və Pentaqon TASS-ın Suriyadakı vəziyyətlə bağlı şərh istəməsinə hələlik cavab verməyib.
Əli Babayev