Bakı. Trend:
Suriyanın Müxalif və İnqilabçı Qüvvələrin Milli Koalisiyasıölkədə inklüziv keçid hökuməti yaratmaq niyyətini açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə koalisiyanın "X" sosialşəbəkəsində yayımlanan bəyanatında bildirilib.
"Koalisiya istisnasız olaraq bütün milli qüvvələrin iştirakı iləkeçid hökumətinin <...> formalaşdırılması üzərində işlədiyinitəsdiq edir", - deyə qeyd olunub.Ona “tam icra səlahiyyətləri” veriləcəyi qeyd olunub.