130 yaşayış evinin olduğu Xudatın 4-cü şöbəsinin sakinləri mavi yanacaq üzünə həsrətdilər....
Xezerxeber.az xəbər verir ki, indi əraziyə qaz xətti çəkilsə də ortaya başqa bir problem çıxıb.
Sakinlərin sözlərinə görə, qaz xəttləri düz bir il öncə çəkilib. Ancaq 4-cü şöbə sakinlərinin çıxarışları olmadığı üçün sayğac almaqda çətinlik çəkirlər. Çünki evlərin sənədləri yoxdur. Yeni qaydalara əsasən artıq fərdi yaşayış evlərinə hər hansı sayğacın quraşdırılması üçün rəsmi sənədlərin olması vacibdir.
Sakinlərin iddiasına görə, podratçı şirkət 24 şəxsdən pul yığılıb...
Ancaq yarımçıq qalan işlər başa çatdırılmayıb.
Azəriqaz İstehsalat Birliyindən isə “Xəzər Xəbər”ə bildirildi ki, məsələdən agahdırlar.
Belə olan halda vətəndaşlar əvvəlcə mənzillərinə çıxarış alıb sonra azəriqaza müraciət etməlidirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.