Suriyada hakimiyyət dəyişikliyi Qəzza zolağında saxlanılan girovların azad edilməsi prosesinə kömək edə bilər.
"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu girovların ailələri ilə baş tutan görüşdə deyib.
Baş nazir qeyd edib ki, Bəşər Əsəd rejiminin süqutu qismən İsrailin "Hizbullah" və HƏMAS-a qarşı qətiyyət hərəkətləri sayəsində baş verib.
O, Suriyadakı hadisələri “Yaxın Şərq üçün tarixi gün” adlandıraraq, bunun ölkəsi üçün böyük imkanlar açdığını qeyd edib.