Əməkdar artist Sənubər İsgəndərli “Pantene Altın Kelebek” mükafatlandırma gecəsinə qatılıb.
Sənətçi qırmızı xalı mərasimində iştirakı zamanı OLAY-a özəl müsahibə verib.
İsgəndərli mükafatlandırma gecəsi ilə bağlı təəssüratlarını bu sözlərlə dilə gətirib:
“Çox yaxşı təəssüratlarım var. Ortam çox gözəldir. Bütün bu işlərə baxanda düşündüm ki, kaş bizim ölkəmizdə də belə mükafatlar və gecələr olardı. Sənətkarı sevindirmək bir tamaşaçı alqışıdır, bir də ki, aldığımız mükafatlar. Bunlar bizə qürur verir və gələcəyə ruhlandırır. Buna görə də çox istərdim ki, bizdə də belə mükafatlandırma gecələri olsun.
OLAY-ın xüsusi olaraq “Pantene Altın Kelebek” üçün ezam olunan jurnalistin “Bir azdan səhnəyə çıxıb mükafat verəcəksiniz. Həyacanlısınız? ” sualına aktrisa belə reaksiya verib:
“Qızlar - Fəridə, Dəniz və Rilaya möhtəşəmdirlər. Çox xoşuma gəldi. O qədər onlarla qaynaşdım ki... Çox sevinirəm ki, məhz bu qızlar bu gün mükafat alacaq. Azərbaycanımın adına çox qürurlu və sevincliyəm. Ümid edirəm ki, səhnədə də yetərincə Vətənimizi təmsil edəcəyik”.
Əməkdar artist geyimi ilə bağlı qısa bu fikirləri deyib:
“Hazırlıq prosesi çox uzun sürmədi. Azərbaycanlı dizayner və modelyer Aynur Xəlilova ilə birgə çalışdım. Belə bir qara libas ərsəyə gətirdilər. Saç və makiyajım isə mükafatlandırma heyətində çalışan stilistlərə həvalə olundu. Hər şey çox ürəyimcə oldu”