AZ

“Bir neçə həftədir ki, çalışırıq”

Türkiyədə keçirilən “Pantene Altın Kelebek”də “Azərbaycanın parlaq ulduzu” nominasiyası üzrə mükafata layiq görüləcək müğənni Rilaya Hüseynzadə OLAY-ın kamerasına tuş gəlib. 

Sənətçi qırmızı xalıda iştirakından sonra OLAY-a müsahibə verməyə tələsib. 

Həyacanlı olduğunu dönə-dönə təkrarlayan Hüseynzadə mükafatlanma gecəsi ilə bağlı bu sözləri dilə gətirib: 

“Bu gecəyə hazırlaşmaq üçün bir neçə həftədir ki, çalışırıq. Bir neçə libasın içində mən məhz bu libası seçdim. Şəxsən geyimim çox xoşuma gəldi. Bu tədbir hər bir sənətçi üçün çox önəmlidir. Burada olduğuma görə çox sevinirəm və xoşbəxtəm”.

Seçilən
33
1
olay.az

2Mənbələr