Suriyalı silahlı müxalifətçilər Rusiya hərbi bazalarının, eləcə də bütün diplomatik qurumların təhlükəsizliyinə zəmanət veriblər.
Publika.az xəbər verir ki, bu barədə TASS Kremldəki mənbələrə istinadən məlumat yayıb.
“Rusiya rəsmiləri liderləri Suriyadakı Rusiya hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verən silahlı Suriya müxalifətinin nümayəndələri ilə əlaqə saxlayıb”, - agentlik mənbələrə istinadən bildirib.
Bundan əlavə, qeyd edilib ki, Rusiya BMT-nin himayəsi altında keçiriləcək Suriya üzrə danışıqların yeni mərhələsində israrlıdır.