Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı, partiyanın Türkiyə Böyük Millət Məclisindəki Qrupunun sədr müavini Murat Emir Şuşaya səfər edib.
"Cebheinfo.az" xəbər verir ki, millət vəkili sosial şəbəkə hesablarında Şuşadan paylaşım edib.
O, paylaşımında bunları yazıb:
"Azərbaycan Milli Məclisinin açılışının 106-cı ildönümü çərçivəsində iştirak etdiyimiz tədbirdə deputat dostlarımızla birlikdə 2020-ci ilə qədər işğal altında olan Füzuli, Şuşa və Xankəndi şəhərlərini, habelə Qarabağ Universitetini ziyarət etdik.
Təxminən 30 illik müharibədən sonra şəhərlərdə abadlıq işləri aparılsa da, müharibənin yaratdığı dağıntılar özünü göstərməkdə davam edir. Xocalıda qətlə yetirilən 613 azərbaycanlı qadın, kişi və uşaq qardaşımızın acısı ilk günkü kimi qəlbimizi parçalayır.
Müharibənin yaralarını sağaltmaq üçün qardaş və soydaş ölkəmiz Azərbaycanın Ermənistanla arasındakı əlaqələrin normallaşma prosesinin tezliklə nəticə verəcəyinə ürəkdən inanırıq".