AZ

“Boş yerə yaşayıram”

Türk sənət musiqisinin əfsanəsi Bülent Ersoy “Pantene Altın Kelebek” mükafatına layiq görülüb.

OLAY yazır ki, 74 yaşlı sənətkar 50-ci ilə özəl verilən ödülünü alarkən səmimi etirafları ilə diqqət çəkib:

“Məni himayəsində saxladığı üçün böyük türk millətinə minnətdarlığımı bildirirəm, qəbul edin. 74 yaşım var, bundan sonra rəqibim yoxdur, kiminlə döyüşəcəyəm? Ona görə də boş yerə yaşayıram.

Mən niyə yaşayıram? Hər şeyin gözəlliyini daddım. Maddi və mənəvi. Necə deyərlər, Bülent Ersoy 10 kilo ət yedi, yox, kürü yedi, elə etdi, belə etdi. Mən onları həmişə bu böyük türk millətinin sayəsində qazandım və alnımın təri ilə qazandığım pulu yedim”, - deyə B.Ersoy vurğulayıb.

Rəşad Əliyev

Seçilən
34
olay.az

1Mənbələr