AZ

Əl-Culani baş verənləri xalqın qələbəsi adlandırdı

Suriya müxalifətinin lideri Əbu Muhəmməd Əl-Culani baş verənləri ölkə vətəndaşlarının böyük qələbəsi adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qətərin "Əl-Cəzirə" telekanalı yayıb.

Mənbə qeyd edir ki, Əl-Culani bu bəyanatı Dəməşqdə yerləşən Əməvi məscidində etdiyi çıxış zamanı səsləndirib.

Bu, onun Suriya paytaxtına gəlişindən sonra ilk ictimai çıxışı olub:
 

"Bu qələbə təkcə Suriya xalqının deyil, bütün regionun gələcəyi üçün yeni bir tarixin başlanğıcı olacaq. Bu gün biz yalnız bir diktaturanı yox, həm də uzun illər boyu xalqımızın hüquqlarını pozan sistemi məğlub etdik."


Xatırladaq ki, noyabrın 27-dən başlayaraq Suriya müxalifət qüvvələri Hələb və İdlib bölgələrində hökumət qüvvələrinə qarşı genişmiqyaslı hücum əməliyyatlarına başlayıblar. Dekabrın 7-də axşam saatlarında müxalifət qüvvələri bir neçə böyük şəhəri, o cümlədən Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Dekabrın 8-də səhər saatlarında isə Dəməşq müxalifət qüvvələrinin nəzarətinə keçib. Şəhərdə olan Suriya ordusunun bölmələri sürətlə geri çəkilib.

Eyni zamanda, ölkə prezidenti Bəşər Əsəd ölkədən çıxaraq Rusiyaya gedib.

Bizim.Media

Seçilən
15
1
bizim.media

2Mənbələr