AZ

Suriyadan qaçan ruslar Türkiyəni aldatmağa çalışırlar..?

...Suriyada Bəşər Əsədin rejiminin süqutu Yaxın Şərqdə, təbii ki, Kreml üçün ağrılı məğlubiyyət oldu. Rusiya indi Aralıq dənizində təsirini necə genişləndirmək barədə deyil, Tartusdakı hərbi dəniz bazasını və eləcə də Xmeymim aviabazasını necə xilas etmək barədə düşünür.

...Müşahidəçilərin və Ukrayna kəşfiyyatının fikrincə, Rusiya Federasiyasının Suriyada gələcək hərbi mövcudluğu çox şübhəlidir, ruslar artıq öz bazalarını boşaltmağa başlayıblar.

... SİA-nın məlumatına görə, “Clash Report” öz mənbələrinə istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən Türkiyə tərəfindən hərbi gəmilərinin Bosfor boğazından Qara dənizə keçidi bağlandığından, Rusiya Federasiyası Suriyadan gizli şəkildə mülki gəmilərlə silah ixrac etməyi planlaşdırır.

Qeyd edək ki, Ankaranın bu qərarı Türkiyə tərəfinə Bosfor və Çanaqqala boğazlarına nəzarət hüququ verən Montrö Konvensiyasına uyğun olaraq verilib. (...1936-cı il iyulun 20-də İsveçrədə Montrö Sarayında imzalanan konvensiya, Türkiyənin boğazları yenidən hərbi vəziyyətə gətirməsinə icazə verib –A.B.)

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Türkiyə döyüşən ölkələrin gəmilərinin, sahilyanı olmayan ölkələrin gəmilərinin isə boğazlardan keçməsini qadağan etdi.

...Hesabatda “Rusiyanın mülki gəmilərdə Suriya limanlarından qaçaqmalçılıq yolu ilə silah keçirməyi planlaşdırdığı iddia edilir ki, onları aşkar edilmədən Bosfor boğazından keçir..?

Deyilənlərə görə, bu məqsədlə balıqçılıq və ticarət gəmilərindən istifadə edilməsi nəzərdə tutulur.

Əli Babayev

Seçilən
44
sia.az

1Mənbələr