AZ

"İran Əsədə sığınacaq verməməklə perspektivlərini çətinləşdirmək istəməyib" - Politoloq

"Bəşər Əsədə İranın yox, Rusiyanın sığınacaq verməsinin arxasında konkret səbəblərin dayandığı görünür".
Sherg.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspertin sözlərinə görə Əsədin Qərblə İranı Suriyadan çıxarmaq əvəzində hakimiyyətini qorumaq məsələsində danışıqlara getməsi onun Tehranla münasibətlərində soyuqluq yaratmışdı:

"Müxaliflərin qələbəsindən sonra İran mediasında yayılan məlumatlar da bu səpkidədir. Bununla yanaşı, Həmas liderinin öldürülməsindən sonra Əsədin İranda qalması təhlükəsizlik baxımından riskli ola bilərdi. İstisna deyil ki, Suriyada yeni hakimiyyətlə dil tapmağa çalışan İran Əsədə sığınacaq verməməklə perspektivlərini çətinləşdirmək istəməyib. 
Bunun əksinə, Rusiyanın Əsədə sığınacaq verməsinin Suriya siyasətinə hesablandığı görünür, xüsusilə müxaliflər danışıqlarda maraqlarının təmin edilməsi üçün Əsəddən kart kimi istifadə edə bilərlər. Bu kontekstdə hakimiyyəti götürən müxaliflərin “Rusiya ilə münasibətləri saxlamaqda maraqlıyıq” açıqlaması diqqət çəkir".
Seçilən
26
9
sherg.az

5Mənbələr