AZ

Balakəndə dördotaqlı ev yanıb

Bakı. Trend:

Balakən rayonun Şərif kəndində ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, ümumi sahəsi 140kvadratmetr olan dördotaqlı ev kənd sakini Heybulla Süleymanovaməxsusdur.

Həyata keçirilən təcili tədbirlər nəticəsində mənzilin iki otağıvə eyvan yanğından mühafizə olunub. Digər iki otaq və çardaqyanaraq yararsız vəziyyətə düşüb .

Hadisəyə evdə istifadə olunan odun sobasının səbəb olduğuehtimal edilir.

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin daha dəqiqtəfərrüatları araşdırılır.

Seçilən
34
az.trend.az

1Mənbələr