AZ

Ərdoğan: "Tramp administrasiyasının ilk ayları Türkiyə və dünya üçün vacibdir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyasının ilk iki-üç ayının Türkiyə və bütövlükdə dünya üçün əhəmiyyətli olacağına inanıram".
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Qaziantepdə gənclərlə görüşü zamanı deyib.
"Amerikada Tramp administrasiyası var. Onun dövründə hansı dəyişikliklərin olacağını görəcəyik. Bu gün dünya tamam başqa istiqamətdə inkişaf edir, ona görə də, qarşıdakı iki-üç ay Türkiyə və dünya üçün çox önəmlidir. Biz mümkün olan hər şeyi edirik, əlimizdən gələni əsirgəməyərək, sülhə mesajlarımızı çatdırırıq", - Türkiyə prezidenti bildirib.
Seçilən
45
50
oxu.az

10Mənbələr